Futbolçu Elhad Nəziri bir vaxtlar xalq artisti Aygün Kazımova ilə yayılan fotosundan və onunla “sevgi” münasibətlərindən danışıb.


O, unikal.org-a açıqlamasında bildirib ki, Aygün Kazımovayla sevgili deyil, dostdur: “Xeyr, mən Aygün xanımla dost olmuşam. Başqa bir fikrim də olmayıb. Həmin üzüyü də mən ona ad günü ərəfəsində hədiyyə etmişdim”.


Futbolçu Aygünlə hazırkı dostluq münasibətindən də söz açıb: “Görəndə salam- sağ ol… Aygün Kazımovadan başqa Musa Musayev, Tərana Qumral, Abbas Bağırov, Niyam Salami, meyxanaçı Vüqar və bir çox şou əhliylə yaxşı münasibətim var”.


Aygün Kazımovanın futbolçu "sevgilisi" -   FOTO


Fanat.Az