Mozarella pendirli toyuq yeməyi RESEPTİ

İftarda əsas yemək olaraq toyuq bişirməyə nə deyirsiniz?

Metbuat.az xəbər verir ki, iftar süfrələrində az yağlı yeməklərə üstünlük verməlisiniz. Mozarella pendiri ilə hazırlayacağınız toyuq yeməyi hazırlanması asan, dadı isə ləzzətlidir.

Tərkibi:

450 qr toyuq qiyməsi

2 ədəd yumurta

2 yemək qaşığı keşniş

1 kasa sürtgəcdən keçirilmiş mozarella pendiri

¼ kasa çörək qırıntısı

2 yemək qaşığı günəbaxan yağı

Hazırlanması:

Sobanı öncədən 375 dərəcədə isidin.

Qabın içində toyuq qiyməni və geri qalan məhsulları yoğurub kiçik toplar halına gətirin. Tavada küftələrin rəngi dəyişənə qədər qızardın. Sonra soba sinisinə yığıb 20 dəqiqə sobada bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR