Xalq artisti reanimasiyaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR

Xalq artisti reanimasiyaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR
19:39 21 İyun 2017
177 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Qəndab Quliyeva xəstəxanaya yerləşdirilib. Bu barədə Lent.az-a sənətçinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra ürəyindəki problemlər səbəbindən infarkt keçirib. Daha sonra tanınmış xanəndə 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Xalq artistinin oğlu anasının müalicəsi üçün müvafiq qurumlardan və imkanlı şəxslərdən yardım istəyib.

 

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR