Xalq artisti Flora Kərimova əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Paşa Qəlbinur məlumat verib. O bildirib ki, Flora Kərimova iyunun 21-də sağ gözündən əməliyyat olunub.

Paşa Qəlbinur qeyd edib ki, xalq artisti səhhəti ilə bağlı hər hansı narahatlığı yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində