“WhatsApp”-da göndərdiyiniz mesajı silmək ÜSULU

“WhatsApp” göndərilən mesajları silmə kimi yeni funksiyası ilə tezliklə istifadəçilərin xidmətində olacaq.

Metbuat.az xəbər verir ki, “Whatsapp” İPhone, Android və Windows Phone üçün göndərilən mesajın geri qaytarılması üsullarını açıqlayıb. Bunun üçün istifadəçilərdən 5 dəqiqə vaxt ayırmaq tələb olunacaq. Əks təqdirdə göndərilən mesajı geri almaq mümkün olmayacaq.

Göndərdiyiniz mesajı geri almaq üçün Androiddə mesaja toxunaraq, basılı tutun, sonra isə Menyudan “Geri al”ı seçin.

Mesajın geri alınmasına isə “Mesaj geri alındı” ifadəsini görməklə əmin ola biləcəksiniz. Prosesin uğurla baş tutması üçün isə mesajı göndərən və qəbul edən tərəflərin Android, İphone və ya Windows Phone üçün ən son "WhatsApp" versiyasını işlətməsi tələb olunur.

 Başqasınınparolunu qıranları 15 il həbs gözləyir - "Facebook", “WhatsApp”

 Aytən Novruzova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR