Falçılara çox adam inanmadığını desə də, yenə də onların qapısında növbə olur... Bəs, məşhurlar falçı yanına gedir?

Metbuat.az bu sualla məşhurlara müraciət edib:

Xalq artisti Flora Kərimova: “Xeyir, heç vaxt falçı yanında olmamışam. Ümumiyyətlə, mən belə şeylərə inanmıram”.

Flora Kərimovaya QADAĞA QOYULDU - AÇIQLAMA

Xalq artisti Arif Quliyev: “Heç vaxt falçı yanında olmamışam. Amma bəziləri var ki, həqiqətən gələcəyi görə bilirlər. Vergi verilmək deyilən bir şey var. Yaxşı falçı olsa, yanına gedərəm”.

Əməkdar artist Dilarə Əliyeva: “Mən heç vaxt falçılara inanmamışam və onların yanına getməmişəm"

Aktrisa Ülviyyə Əliyeva: “Yox, mən inanmıram. Hər şey Allahın yazısıdır. Qismətdə nə varsa, onu da yaşayacağıq. Elə yerlərə heç vaxt getməmişəm”.

Müğənni Xurman Şuşalı: “Allah bağışlasın, vaxtında falçı yanına getmişəm. Amma indi inanmıram, getmirəm. Heç kəsə də getməyi məsləhət görmürəm. Allahdan başqa insanın gələcəyini heç kəs bilə bilməz”.

Dilarə Zamanova