ADGTT-nin aktyoru beynəlxalq festivalda çıxış edib

Azərbyacan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Belorusiyada keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib.

Metbuat.az xəbər verir ki, Azərbyacan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının Əməkdar artist i Şövqi Hüseynov iyun ayının 27-dən iyul ayının 2-dək Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda Azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Şövqü Hüseynov görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlamış və festivalda Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.

Müxtəlif xalqların iştirak etdiyi festivalı dövlət xadimləri, Azərbaycanın Belarus Respublikasındakı səfiri və səfirlik əməkdaşları, Azərbaycan diaporasının üzvləri də izləyib. Azərbaycanın festivalda iştirakı Bobruysk şəhər icraiyyə komitəsi tərəfindən xüsusi qiymətləndirilmiş, şəhərin müxtəlif internet portallarında şəhər rəhbərliyinin Azərbaycan tamaşası ilə bağlı yerləşdirdiyi xəbərlər dərc edilib. Bobruysk Şəhər İcraiyyə Komitəsinin BOBR.BY saytında “Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı başlıqlı yazıda şəhərin 630 illiyinə həsr edilən festivalda Azərbaycanın iştirakı haqqında geniş məlumat yer alıb. Məqalədə aktyorumuzun uğurlu çıxış yüksək qiymətləndirilib, tamaşanın və aktyor oyununun intellektual, fəlsəfi tərəfləri haqqında müsbət rəy yer alıb.

Aytən Novruzova / Metbuat.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR