Milli Məclisin vitse-spikeri Bahar Muradova bir qrup deputatla birlikdə Füzuli rayonunun Alxanlı kəndində olub. Onlar Erməni silahlı qüvvələrinin kəndi atəşə tutması nəticəsində yaralanan və hazırda Horadiz Şəhər xəstəxanasında müalicə olunan Sərvinaz Quliyevaya baş çəkib.

Bu barədə Publika.az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, B.Muradova Sərvinaz Quliyevanın səhhətilə maraqlanıb, ona şəfa diləyib. N.Şükürov onu da bildirib ki, B.Muradova kənddə seçicilərlə görüşüb. Onların problemlərilə də maraqlanıb. Baş həkim S.Quliyevanın vəziyyətinin stabil olduğunu və müalicəsinin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, S.Quliyeva iyulun 4-də Erməni silahlı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanıb.

Gülxar