Bakıda yol qəzalarının sayı azalıb

“Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, baş verən qəzaların sayının azalmasının səbəbi DYP əməkdaşlarının vaxtlı-vaxtında keçirdikləri təxirəsalınmaz tədbirlər və KİV-in apardığı düzgün təbliğatla balğlıdır:

“Bu ilin yanvar ayının 1-dən iyul ayının 29-dək Bakı şəhər üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində 43 yol-nəqliyyat hadiəsinin sayı azalıb. Nəticədə, 2 ölüm faktının sayı aşağı düşüb, 63 xəsarət sayı azalıb. Eyni zamanda, xəsarət dərəcələri də yüngülləşib”.

Azərbaycanda velosiped qəzası: 7 ölü, 3 yaralı var - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova/ METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR