Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasında 24 ölkə iştirak edir. Bu il yanvarın 1-dən qüvvədə olan anlaşmaya ilk yarımildə 98% əməl olunub. Lakin iştirakçı ölkələrdən bəzilərinin öhdəliyinə artıqlaması ilə, bəzilərinin isə natamam əməl etdiyi bildirilir. Belə ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) iyul hesabatına əsasən, İraq cari ilin ilk 6 ayında anlaşmaya 46%, BƏƏ 54%, Əlcəzair isə 70% əməl edib.
Xatırladaq ki, iyulun 24-də Sankt-Peterburqda keçirilən Monitorinq üzrə Nazirlər Komitəsinin iclasında çıxış edən Rusiyanın energetika naziri Aleksandr Novak, anlaşmaya tam əməl edilməsi durumunda neft bazarından əlavə gündəlik daha 200 min barel çıxarılacağını bildirib.