Bakıda bina sakinləri isti su problemindən əziyyət çəkir

Bakıda bina sakinləri istilik problemindən əziyyət çəkir.

Metbuat.az bildirir ki, paytaxtın “Yeni Günəşli D massivi”ndə 14 mərtəbəli binada yaşayan sakinlər isti su problemindən əziyyət çəkir. Bu barədə açıqlama verən bina sakini Ramin Axundov deyir ki, avqustun 1-dən mənzillərə isti su verilməsi dayandırılıb:

“Evi alanda müqavilədə mənzilin isti su ilə təmin olunacağı qeyd olunmuşdu. Lakin avqustun 1-dən isti su verilməsi dayandırıldı. 35-ə yaxın ailə binanı tikən şirkətə müraciət etdib. Oradan bizə bildirildi ki, qazanxananı yandırmaq onlara sərf etmir. Xərclər gəlirdən çox olduğu üçün qazanxana işlədilmir. Onlar sakinlərə təklif etdilər ki, ya qazanxananı özünüz işlədin, ya da öz hesabınıza mənzilinzə kombi quraşdırın. Onlar deyir ki, gedib hara şikayət edirsinizsə edin”.

Məsələ ilə bağlı “Xəzər İnşaat XXI Əsr” şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, qazanxananın fəaliyyətinin dayandırılması sakinlərin ödənişi köçürməməsi ilə bağlıdır:

“Qazanxanın istiliyindən həmin binada yaşayan sakinlər istifadə edir və olun pulunu da həmin sakinlər ödəməlidir. 100 nəfər sakindən yalnız 5-i ödəniş edirsə, bu istilik necə təmin oluna bilər? “Azəriqaz”a borc var. Ona görə qazı kəsiblər. O qazanxananı işlətməməkdə bizim şəxsi marağımız yoxdur. Qazanxana sakinlər üçün tikilib. Onlar da ödənişi vermirlərsə, biz nə edə bilərik?!”.

Açıqlamaya cavab olaraq bina sakini Ramin Axundov deyir  ki, onlar isti suyun pulunu vaxtı-vaxtında verir. Lakin başqa sakinlər pulu vermədiyi və gecikdirdikləri üçün borcu olmayanlar da problemdən əziyyət çəkir. 

İmişlidə ailə dramı: - "Anamı boğmaq istədi, azyaşlı övladımı..." - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR