SON ÜÇ AY: 27 min nikah, 7 min boşanma

2017-ci ilin ilk 6 ayı ərzində 27 min 153 nikah qeydə alınıbsa, 7 min 287 boşanma hadisəsi baş verib. Ötən ilin müəyyən dövrü ilə müqayisədə, boşanmaların sayında artım olduğu deyilir. Maraqlıdır, ailələri boşanmaya kimi gətirən amillər hansılardır? 

Mövzu ilə bağlı Metbuat.az- açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, əvvəllər 6 aya 6 min boşanma olurdu. İndi isə bu rəqəm 7 mini keçib:

“Təkcə rəsmi rəqəmlərdə yox, qeyri-rəsmi rəqəmlərdə də boşanmalar çoxdur. Bu sahədə məşğul olanlar real rəqəmləri yaxşı bilir. Bizim üçün ailə sabitlik simvoludur. Lakin müasir ailələrin əksəriyyətində bu sabitlik yoxdur. Bunun da müxtəlif səbəbləri var. Bunlardan biri, nikaha daxil olan şəxslər arasında inam və etibarın olmamasıdır. Qarşılıqlı öhdəlik və vəzifələrin icar edilməməsidir. Əvvəlki ailə sistemində kişilər işləyir, qadınlar evdə olurdu. Hər kəsin öz vəzifə və rolları var idi. Bu gün o rolların özündə dəyişikliklər baş verib. Yəni. Qadınlar işləyir, kişilər işsiz qalır. Yaxud, kişilər kifayət qədər ailəsinin müdafiəsində durmur. İndi dözümsüzlük münasibətləri var. Övlada görə ailənin bütün problemini çəkən, onun dağılmasına imkan verməyən valideynlər çox azdır”.

Mehriban Zeynalova əlavə etdi ki, boşanmaların sayının artmasında psixoloji amillərin rolu əsasdır:

“Məcburi nikahlar, valideynləri tərəfindən evləndirilən cütlüklər arasında heç bir dəyər olmadığı üçün bir müddətdən sonra onlar boşanır. Boşanmaların digər səbəbi tələsik bağlanan nigahlardır. Kimsə kimsəni görür, xarici görünüşünə vurulur, sonra evlənmək qərarına gəlir. Lakin tələsik qurulan ailə tez də dağılır. Ümumiyyətlə, boşanmaların əksəriyyəti düşünülməmiş nikahlahlardan yaranır".

Azərbaycanlı məmur qızından "PUL ŞOUSU" - VİDEO - Baxmaq üçün tıkla!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR