Azyaşlı qızlara qarşı edilən zorakılıq hallarının sayı artıb. Maraqlıdır, qanun bu məsələ ilə bağlı nə deyir?
“16 yaşına çatmayan istər qız, istərsə də oğlanla könüllü cinsi əlaqə cinayət məsuliyyəti yaradır”.
Bu sözləri mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında hüquqşunas Asif Abdullayev bildirib.
Onun sözlərinə görə, cinsi əlaqədə olan şəxslər arasındakı yaş fərqi 2 ildən çox deyilsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir:
“Cinsi əlaqənin yaş məhdudiyyəti ona görə müəyyən edilir ki, müəyyən yaşa qədər şəxs cinsi yetkinlik yaşına çatmamış olur və erkən cinsi əlaqə həmin şəxsin həm mənəvi inkişafına mənfi təsir göstərir, həm də tibbi cəhətdən sağlamlığına ziyan vura bilər. Bəzi ölkələrdə cinsi yetkinlik yaşı 13, 12, hətta 9 yaş müəyyən edilib (Yəmən, Meksika, Argentina və s.). Azərbaycanda cinsi yetkinlik yaşı 16-dır.