Paytaxtda fəaliyyət göstərən bəzi avtobuslar görünüşləri ilə yəqin ki, sizin də diqqətinizi çəkib.

Maraqlıdır, üzərində sevgi sözləri, dini mesajlar, maraqlı ifadələr yazılan bu cür nəqliyyat vasitələrinə Bakı Nəqliyyat Nazirliyinin (BNA) münasibəti necədir?

Bu barədə Metbuat.az-a açıqlama verən BNA-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mais Ağayev bildirdi ki, bu cür yazıları ictimai nəqliyyatın üzərinə yapışdırmaq olmaz:

“Mövzusundan asılı olmayaraq, avtobusun üzərində hər hansı bir elan, məlumat yapışdırmaq olmaz. Orada zəruri olan elan və məlumatlar Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcılara təqdim olunub və yapışdırılıb. Onlardan başqa hər hansı məlumatı istər avtobusun daxilində, istərsə də xaricində yerləşdirmək olmaz”.

Rayondan Bakıya müəllim olmaq üçün gələn qız - YOXA ÇIXDI - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ