Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Bu il Qurban bayramı sentyabrın 1 və 2-də qeyd olunacaq.

Qeyd edək ki, Qurban bayramının 2-cü günü şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, sentyabrın 4-ü qeyri-iş günü olacaq.

Beləliklə, sentyabrın 3-ü də bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Qurban bayramında niyyət qurbanı kəsmək olar? - İlahiyyatçı - Oxumaq üçün tıklayın!