Bu gün, dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş Şirəli Müslimovun vəfatı günüdür. O, 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib.

Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. 136 yaşında qız atası olub. Uzunömürlülüyünə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.