“Bu gündən sonra Azərbaycan toylarında bu mahnı oxunacaq”.
Metbuat.az-a açıqlama verən müğənni Vüqar Muradov “Gözəllər” adlı yeni mahnısının artıq hazır olduğunu deyib. O bildirib ki, bu mahnı ona uğur gətirəcək:
“Bu günə qədər bir çox janrlarda mahnılar ifa etmişəm. Daim yenilik axtarışındayam. İnanıram ki, bu gündən sonra toylarda bu mahnı səslənəcək. İndi bəziləri deyəcək ki, “Toy tutmaq üçün oxuyub”. Bəli, toy üçün oxumuşam. Azərbaycanda müğənnilərin əsas gəlir yeri toydu. Başqa yerdən gəlirim yoxdur. Mənim repertuarımda hər janrda mahnı var. Bu üslubda isə ilk dəfə oxudum. Mənim üçün yenilik idi”.
| Nazənindən yeni mahnı: “2017-ci ilin xiti olacaq” - VİDEO - Oxumaq üçün tıkla |