ATƏT Parlament Assambleyasının (PA) sədri Kristina Muttonen Azərbaycana gəlib.

APA-nın məlumatına görə, qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qarşılayıb.

K. Muttonenin Bakıda bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər sentyabrın 10-da başa çatacaq.