Əməkdar artistin damarları cürüdü

Əməkdar artist Natiq Şirinov səhhətində yaranan problemdən danışıb.

Metbuat.az xəbər verir ki, "Natiq" ritm qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov “ATV maqazin onlarla” verilişində damarlarının cürüdüyünü deyib.

“Kapilyarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olunmağa məcbur oldum. Bunun səbəbi kimi həkimlər nağaraya möhkəm və bərk vurmaqdan və çox çalmaqdan olduğu kimi göstərilir. Bir dəfə də nağaranın kənarı sümüyümə dəydi, damarlarım tutuldu. Əməliyyat İranda baş tutdu. Bilirəm ki, canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəm".

Azərbaycanda hansı müğənnilərin mühafizə xidməti var? - ARAŞDIRMA - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR