Xalq artisti Aygün Kazımova 22 sentyabr tarixində "Baku Crystal Hall"da baş tutacaq "Aygün 30 il" konserti ilə bağlı mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, xalq artisti KİV-ləri başına yığaraq, konserti haqqında məlumat verib. Müğənni bu tədbirdə konsertinin niyə məhz 22 sentyabrda baş tutacağını açıqlayıb.

O bildirib ki, hər dəfə konsert haqqında söz düşdükcə, 22, yaxud 22:22 rəqəmi ilə rastlaşıb. Bunu bir işarə olaraq qəbul edib və konserti ayın 22-nə salıb.

"Bu konsertimin 22 sentyabırda olması təsüdüf deyil. Bu rəqəm məni hər an, hər dəqiqə izləyir. Və bu rəqəmin uğurlu olacağına əminəm.”

Məlumat üçün bildirək ki, Pifaqora görə, 2 rəqəmi sağlamlıq, balans və yumuşaq anlamına gəlir.

Fen-şuya görə 2 yüngüllük deməkdir. Belə hesab edilir ki, 2 özü kimi uğurlu rəqəmin yanında gələrsə, uğurlu ödül mənasını verər.

Numerologiyayada bu rəqəm qadınlıq, zəriflik, rahatlıq, tərəfdaşlıq deməkdir.

Aygün Kazımova mətbuat konfransı keçirdi - FOTOLAR - Oxumaq üçün tıkla