Tanınmış aktrisa: "Mən Fərhad Əliyevin qızıyam..."

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Ülviyyə Əliyeva Metbuat.az-ın feysbuk səhifəsində canlı yayımın qonağı olub. Oxucularla aktrisa arasındakı sual-cavablardan ən maraqlılarını sizlərə təqdim edirik.

Canlı yayım başlayar-başlamaz ilk sual belə oldu.

- Evlisiniz?

- (Gülür) Bilirdim ki, ilk sual bu olacaq. 19 ildir sənətdəyəm, karyeramla bağlı sullarınız yoxdur? Yox, hələ ailə qurmamışam.

- Az ye, arıqla...

- Urfan bəy, heç kimin çörəyi ilə böyümürəm, hələ ki, öz çörəyimi yeyirəm. Mən normal ölçüdə və normal çəkidə bir insanam. Çəkim 90-100 kilo deyil ki, narahat olam. Çəkim məni narahat etmir. Mənə bu mövzu maraqlı gəldi. Əziz izləyicilər, gəlin bu haqda danışaq. Kim deyir ki, qızlar 90-60-90 olmalıdır?! O standartları kim yazıb, kim pozub ki, hamının burnu və ölçüləri eyni olmalıdır?!

- Evli olmusunuz?

- Qərənfil xanım, bir dəfə ailəli olmuşam, ayrılmışam.

- 86 nömrəli məktəbdə oxuyan Lola aktrisaya salam deyir.

- Əleyküm-salam, bəli, həmin məktəbdə oxumuşam.

- Qorxmaz Əlilinin qızısınız?

- Yox, mən Fərhad Əliyevin qızıyam.

- Toppuş və Dilarə xanınmla bacısınız?

- Üçümüz də Əliyeva soyadını daşıyırıq. Amma bacı deyilik. Heç bir qohumluluğumuz yoxdur. Ancaq bir-birmizi çox istəyirik.

- İlk çəkildiyiniz obraz hansıdır?

- Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində ilk dəfə Nazlı obrazını ifa etmişəm. Sonra “Karmen” və başqa rolları oynadım.

- Televiziyaya necə gəlmisiniz?

- “Hərənin öz payı, öz tayı” filmində "Çiçək" obrazı mənə uğur gətirdi, məşhurlaşdım. Sonra “SOY” padakşının hazırladığı “Çal-Çağır” verilişinə dəvət aldım. Bununla da aktiv efir həyatım başladı.

- Mahnı oxuyursunuzmu? İndi aktrisalar arasında mahnı oxumaq dəb düşüb.

- Xeyr, bu aktrisalar arasında dəb deyil. Aktrisalar hər zaman oxuyublar. Aktrisaların əsas üstünlüyü onların rəqsi və oxumağı da bacarmalıdır. Qabiliyyət imtahanında ilk bunlar yoxlanılır. Mənim oxumağa da tam haqqım var, çünki vokal məktəbini bitirmişəm. Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin məzunuyam. Səsim klavaturna sapranodur. Bir müğənni var, deyir səsim 8 aktavadır (gülür). Ancaq 8 aktava səs yoxdur.

- Niyə ailə qurmursunuz?

- Qurban olum sizə, gəldilər aldılar, getmədim?! Hər kəsin öz yazısı var, bir qisməti var, bir tayı, bir payı var. Qismət hardadırsa, özü gəlib çıxır.

- Yaşamaq sizcə, asandır, ya çətin?

- Yox, çətin deyil. Çünki həyat o qədər qısadır ki... Biz əksər hallarda bunu yaxınımızı itirəndə və ya xəsətləndikdə anlayırıq. Həyatda heç nə çətin deyil. Həyat insana bir dəfə verilir. Biz də onu xoşbəxt yaşamalıyıq. Odur ki, xırda problemlərin üstündən ötüb keçmək lazımdır. Mən hər günümü sonuncu gün kimi yaşayıram. Bəlkə buna görə də gülərüz və pozitivəm.

Qeyd: Aktrisamızla canlı yayımın daha maraqlı detallarını aşağıda təqdim etdiyimiz videoda izləyə bilərsiniz.

Afaq Aslanla Ərdoğanı nə bağlayır? - Müğənnidən inanılmaz açıqlama... - Oxumaq üçün tıkla 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR