Sosial şəbəkələrdə məlumat yayılıb ki, Sumqayıtda bağçaların birində uşaqlara kotlet vermək üçün valideynlərdən hər ay 20 manat tələb olunur.

Bu məlumat bəstəkar-müğənni Murad Arifin də kəskin reaksiyasına səbəb olub.

Metbuat.az xəbər verir ki, M.Arif bu xəbəri ürək ağrısı ilə oxuduğunu bildirib:

"Bunu uşaqlara necə etmək olar?! Firavanlıq dövründə belə qədər vəhşilik haradandır bu müdirdə? Necə qıymaq olar ki, bir uşaq kotlet yesin, o birisi də ağzına baxsın! Müharibə illərində camaatın sonuncu quru çörəyini bərabər bölməsi haqda çox oxumuşuq. Bu müdirləri cəmiyyət qarşısında linç etmək lazımdır. Dostluğumda məmurlar, qohumları, nazirlik nümayəndələri var. Xahiş edirəm, tədbir görülsün. Çox xahiş edirəm, bu təsdiqlənsə, elə bir cəza verilsin ki, hamıya görk olsun".

Afaq Aslanla Ərdoğanı nə bağlayır? - Müğənnidən inanılmaz açıqlama... - Oxumaq üçün tıkla