Azərbaycanda avtomobillər kəskin ucuzlaşacaq

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 5 662 ədəd avtomobil idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2208 ədəd avtomobil və ya 63,92% artıb.

Ölkəyə gətirilən avtomobillərin sayının artmasına baxmayaraq, qiymətlərdə heç bir ucuzlaşma müşahidə olunmur. Əksinə, son bir neçə ayda avtomobil bazarında qiymət artımı müşahidə olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərin ucuzlaşmaması yeni avtomobillərin qiymətinin baha olması ilə bağlıdır:

“Devalvasiyadan sonra köhnə qiymətə alınan avtomobillər avtosalonlarda qalmışdı. İndi onlar bitiblər. Ölkəyə gətirilən yeni avtomobillər də yeni məzənnə ilə hesablandığı üçün baha başa gəlir. Məsələn, ən ucuz avtomobillərdən sayılan Cənubi Koreyanın istehsal etdiyi “Sedan” avtomobillər devalvasiyadan əvvəl 12-13 min manat idisə, indi 24-25 min manatadır.

Köhnə avtomobillərə maraq artıb

Yeni avtomobillərin bahalaşması köhnə avtomobillərə marağı artırıb. Köhnə avtomobillərin qiymətinin yeni avtomobillərə uyğunlaşması qiymətinin qalxmasına səbəb olub. Ölkəyə gətirilən avtomobillərin sayının bu il artması isə keçən il sayının az olması ilə bağlıdır. Çünki 2015-2016-cı illərdə Gürcüstandan gətirilən avtomobillərin sayı 27 dəfə düşmüşdü. İndi kəskin düşüşə nisbətən bu il gətirilən avtomobillərin sayında artım var. Amma pik dövrə baxdıqda (2011-2012 ci illər) yenə də kəskin azalma var.

Noyabr-dekabr aylarında...

Avtomobillərin qiymətinin yüksək olaraq qalması həm də mövsümü xarakter daşıyır. Yayda avtomobilə tələbat artır. Eyni zamanda, bazarda müştəri də çox azdır. Bankların avtomobillərlə bağlı kredit verməməsi müştərilərin sayına çox təsir edib. Mənə elə gəlir ki, yay mövsümü bitdikdən sonra ölkəyə avtomobil gətirən, lakin sata bilməyən iş adamları məcburən qiymətdə müəyyən endrimə gedəcəklər. Noyabr-dekabr aylarında qiymətlərin aşağı düşməsini görə bilərik”.

Dünyanın ən tanınmış şirkətindən biri "Bitcoin"ə güvənmir - ÇOX TƏHLÜKƏLİDİR - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR