Qərbi Afrika ölkəsi olan Nigeriyada gəmi faciəsi yaşanıb.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, gəminin çevrilməsi böyük faciəyə səbəb olub. Nigeriyanın Təcili Yardım Agentliyi adından açıqlama verən Süleyman Məhəmməd bildirib ki, qəza Niger çayı üzərində, Baqudo kəndinin yaxınlığında qeydə alınıb. Faciə nəticəsində 53 nəfər həyatını itirib.
Axtarış-xilasetmə qrupları tərəfindən 47 nəfərin xilas edildiyini bildirən Məhəmməd qeyd edib ki, digər sərnişinlərdən xəbər yoxdur. Çevrilən gəmidə 100-150 sərnişinin olduğu güman edilir. Sərnişinlərin çoxunun Nigerdən gələn tacirlər olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Günay Elşadqızı \ METBUAT.AZ
İraqda qanlı terror - Ölən və yaralananlar var - OXUMAQ ÜÇÜN TIKLA |