Şübhəli bilinən suriyalı qaçqındır

Londonda baş verən və 30 nəfərə yaxın adamın yaralanmasına səbəb olan metro partlayışı ilə əlaqədar tutulan şübhəlilərdən birinin adı açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, 21 yaşlı Yahya Farukun Feysbuk hesabında onun suriyalı olduğu yazılıb. Metroda terror törətməkdə şübhəli bilinən və tutulan iki şəxsin qaçqın olduğu iddia edilib. Londonun cənub-qərbindəki “Parsons Green” metrostansiyasında partlayış törətməkdə şübhəli bilinən 18 və 21 yaşlı şəxslər barəsində rəsmi açıqlama verilməsə də, ingilis mətbuatında müxtəlif iddialar yer alıb. Mətbuatdakı iddialara görə, şübhəlilərdən 21 yaşlı Yahya Faruk suriyalı qaçqın, 18 yaşlı şübhəli isə valideynləri İraqda öldükdən sonra 15 yaşından İngiltərədə yaşayan iraqlı qaçqındır.

İngilis mətbuatında təhlükəsizlik kamerasına düşən şübhəlilərdən birinin metro hücumunda istifadə edilən supermarket paketinə bənzəyən paketi daşıdığı görülür. Amma bu çantanı kimin gətirdiyi açıqlanmayıb.


Qeyd edək ki, 16 sentyabrda, yerli vaxtla 08:20-də Londonun cənub-qərbindəki “Parsons Green” metrostansiyasında əl istehsalı olan boçba partladılıb. İngilis polisi, 30 nəfərə yaxın adamın yaralandığı hadisənin terror hücumu olduğunu və ağ vedrənin içindəki bombanın tam partlamadığını bildirib.

Günay Elşadqızı \ METBUAT.AZ

Bir gündə iki önəmli hərbi təlim - Azərbaycan kimə mesaj verir? - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR