Türkiyə İraqla sərhədə əsgər toplayır

Türkiyənin iki sərhədində, təxminən 1000 km məsafədə hərəkətlilik nəzərə çarpır.

Metbuat.az-ın məlumatına görə, İraq Kürdüstanının lideri Məsud Bərzaninin müstəqillik referendumu qərarından imtina etməməsindən sonra İraq sərhədində hərbi təlimlərə başlanılıb. Tankların lüləsi Şimali İraqa tərəf çevrilib.

Bundan əlavə, Şırnakın Silopi bölgəsinə də hərbi maşınlarla əsgərlər gətirilir. Ərazidə qazıntı işləri aparılır. Sərhədin qərb tərəfində isə hərbi hövzə tikilir.

Ötən həftə Türkiyə, İdlibə 500 nəfərlik əsgər göndərəcəyini açıqlayıb. Bu açıqlamadan sonra Suriya sərhədinə əsgər və zirehli texnika aparılıb. Türkiyənin hazırda PKK-nın Suriyakı qolu olan YPG-nin nəzarətindəki Afrinə də hərbi müdaxilə edəcəyi gözlənilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Pakistanlı marşal Azərbaycana gəlir - Səbəbi isə... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR