"Şou-biznesdəki "Mamaroza"ların adları..."

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov mediaya qalmaqallı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, həmkarları haqda sərt fikirlər səsləndirib:

"Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".

Əməkdar artist qeyd edib ki, həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya bilər.

Bu mövzuyla əlaqəli əməkdar artistlə əlaqə saxladıq. O bildirdi ki, həmkarları haqnda belə söz deməyib. Onun fikirini təhrif ediblər:

“Bu gün hamı bilir ki, kim nə işlə məşğuldur. Mən əxlaqsızlıq dedikdə həmkarlarımı nəzərdə tutmuram. Və açıqlamamda bildirmişəm ki, Azərbaycanda bu işlə bəzi adamlar məşğul olur və bunu da hamı bilir”.

"Qızımın atası Kərim deyil" - Təranə Səmədova - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR