Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

Metbuat.az-ın məlumatına görə, müğənni Lalə Məmmədova sənət adamlarının əsas işlərinin insanlara ruh yüksəkliyi bəxş etmək olduğunu vurğulayıb: 

"Bu gun Lider TV-də "Bu bizik,Toliklə" verilişinin qonağı olduq. Şou-biznesdəki xoşagəlməz məqamlara aydınlıq gətirildi. Sülh yaratmaq üçün insafən, Tarix Əliyev əlindən gələni əsirgəmədi. Soyuq müharibələri və mehriban düşmənçilikləri aradan qaldırmaq üçün belə verilişlərin olması gərəkdir. Axı musiqi, incəsənət insana ruh yüksəkliyi bəxş etməlidir, nəinki qanqaraçılıq və təəssüf hissi. Bəzən sənət adamları özləri buna şərait yaradır, bəzən də medianın bəzi qərəzli yazarları reytinq xətrinə şou-biznes nümayəndələrinin qaranlıq tərəflərini, eyib və çatışmazlıqlarını xalqa çılpaqlığı ilə çatdırırlar".  

L.Məmmədova xatırladıb ki, günahsız kimsə yoxdur və bunu heç kim unutmamalıdır: 

"Unutmayaq ki, hər kəs öz günahına görə, özü cavab verir və heç kəs səhvsiz deyil. Bununla kimisə gözdən salıb, kimisə müdafiə etmək fikrim yoxdur. Ancaq bir sənət adamı kimi heç vaxt həmkarlarım haqqında pis söz eşitmək istəmirəm. Yaradaq və sevindirək, budur bizim əsas missiyamız".


Azərbaycanın subay məşhur xanımları - FOTOLAR - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR