Fransa prezidenti o hadisələri soyqırım adlandırdı

Fransa prezidenti Emmanuel Makron, rohingiyalılara (arakanlı müsəlmanlar) qarşı baş verən hücumu davam etməkdə olan soyqırım adlandırıb.

Metbuat.az-ın məlumatına görə, BMT Baş Assambleyasının 72-ci sessiyası üçün Nyu-Yorkda olan dövlət başçısı Fransanın “TMC” televiziya kanalına açıqlamasında Myanmarda arakanlı müsəlmanlara qarşı olan etnik təmizləməni qınayıb və bununla bağlı addımlar atılmalı olduğunu bildirib.

Şiddətin sona çatması və bölgəyə humanitar yardımın verilməsini tələb edən Makron, bu məsələni BMT çərçivəsində həll etməyin vacib olduğunu vurğulayıb: “Fransa BMT Təhlükəsizlik Şurasında tərəfdaşlarla birgə davam edən soyqırımı və etnik təmizləməni qınamaq üçün təşəbbüs göstərəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ

Azərbaycanı xaricdə təmsil edən - QADIN DİPLOMATLAR  - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR