Yaponiya BMT kürsüsündən Şimali Koreya ilə bağlı çağırış etdi

Yaponiyanın baş naziri Şinzo Abe, Şimali Koreya ilə dialoq zamanının bitdiyini deyib.

Metbuat.az-ın məlumatına görə, Abe BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Şimali Koreyaya qarşı dialoq prosesinin bitdiyini və təzyiq zamanı olduğunu bildirib. ABŞ prezidenti Donald Trampın BMT kürsüsündən Şimali Koreya ilə bağlı sərt açıqlamasından sonra Şinzo Abe də rəsmi Pxenyanın raket sınaqlarından imtina etməyəcəyini və bunun böyük təhdid olduğunu dilə gətirib:

“Artıq dialoq zamanı deyil, lazım olan şey konkret addım atmaqdır. Sadəcə BMT-nin Şimali Koreyaya yeni sanksiyalar tətbiq etməsi ilə kifayətlənə bilmərik. İndi vacib olan odur ki, bu sanksiyalar iflasa uğramadan qüvvəyə minsin. Bu isə Çin və Rusiya ilə yaxın əməkdaşlıq tələb edir”.

Günay Elşadqızı \ METBUAT.AZ

Fransa prezidenti o hadisələri soyqırım adlandırdı - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR