Azərbaycanlı şair yeni din yaradır, dini kitab yazır"

“İslama inanmıram, türklərin dini kitabını yazıram”

Metbuat.az xəbər verir ki, bunu Kulis.az saytına müsahibəsində tanınmış şair Rüstəm Behrudi deyib. Onun dedikləri geniş müzakirələrə səbəb olub:

"Bildiyiniz kimi, mən islamı qəbul etmirəm. Bir alim dostum dedi, etmirsən, bildik, bəs özünün alternativ fikrin varmı? Düşündüm, gördüm, yoxdur. Ya da var, pərakəndədir. Ona görə, qərara gəldim ki, türk dastanlarına və mifologiyasına dayanan bir kitab yazım. Kitabı demək olar ki, yazmışam. Adı “Göy tanrı”dır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR