Natavan Aygünə söz atdı

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya konsert öncəsi söz atıb.  

Metbuat.az xəbər verir ki, o, "İnstaqram" səhifəsində bu gün “Crystal Hall”da konsert verəcək A.Kazımovaya işarə edərək bunları yazıb: 

“Budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ili yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa, tarix təkrarlanır”. 

Bu paylaşımdan sonra şərh bölməsində izləyicilər arasında müzakirələr yaranıb, mübahisə düşüb. Müğənni şərh bölməsini bağlayıb və dərhal sonra belə bir paylaşım edib: 

“Öncəki statusumun bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər... 

Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki, yer var. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.

O, təyyarədə motal pendiri yedi - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR