Tanınmış aktyor Azər Axşam televiziyalarımızla bağlı umu-küsü edib.
Bu gün Metbuat.az-ın qonağı olan Azər Axşam canlı yayımda izləyicinin, “Deyib-gülsəniz də, üzünüzdə bir kədər var” sualına belə cavab verib:
“Aktyor kimi çox işlər görmək istəyirəm. Ancaq nə olsun?! Hər dəfə sıfırdan başlamaqdan yorulmuşam. Baxırsan ki, təklif gəlir, amma... Az qalıram adama deyəm ki, a kişi, sən nə danışırsan, mən 18 ildi başlamışam e... Bəs deyilmi sıfırdan başlamaq? Adamı incidir bəzi şeylər. Sonra... İstədiyim tərzdə rollara da təklif almıram. Bu da bir yandan əziyyət verir".
| Şəbnəm Tovuzlu canlı yayımda həyatının şokunu yaşadı - 114 kilo... / VİDEO - Oxumaq üçün tıkla |