Aygün Kazımovanın konsertindən

Dünən xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyinə həsr etdiyi konsert proqramı baş tutdu.

Metbuat.az xəbər verir ki, konsert milli musiqi alətlərimizin müşayəti ilə başladı. Konsertdə ABŞ, İtaliya və Fransadan gələn rəqqaslar müğənnilə bir səhnəni paylaşdılar. “Rast” qrupunun müşayiəti isə tamaşaçılara xüsusi zövq verdi. Müğənni ifa etdiyi mahnılara uyğun olaraq 5 geyim dəyişdi. Konsertdə adından məlum olduğu kimi müğənni səhnə fəaliyyətinə başlayandan bəri sevilən bütün hitlərini yeni aranjimanda təqdim etdib. Müğənni bir vaxt sevdigili olan meyxanaçı Namiq Qaraçuxurluya aid olan “Yenə tək” mahnısını oxuyarkən göz yaşlarını saxlaya bilmədi. Xalq artisti konsertdən sonra keçirilən mətbuat konfransında bildirdi ki, bu konsertdən çox dəfiləyə bənzəyirdi: “Bəzi məqamlar kənardan gözəl görünürdü, ancaq onları etmək çox çətin idi. Soyunma-geyinmə də asan olmurdu. Bugünkü konsertimdə çox arzularımı həyata keçirdim. Bir neçə saniyə həyəcanım oldu. Səhnədə improvizasiyalar etdim, amma bundan sizin xəbəriniz yoxdur. Səhnədə doğmalıq yaranırsa, bu tamam başqa effekt verir. Məşqlər zamanı o qədər ağlamışam, sevinin ki, bütün konsert boyu ağlamadım. Söhbət lirik mahnıdan getmir, ritmik mahnıda da hərdən elə sözlər olur ki, adam kövrəlir. Bu layihə məni kövrəltdi. Səhnədə xoşbəxt olduğum qədər heç yerdə xoşbəxt deyiləm. Niyə xoşbəxt olduğum yerdə, həm ağlayıb, həm gülməyim?” 

Aygün Kazımovanın konsertindən - FOTOLAR / VİDEO - Oxumaq üçün tıkla 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR