Etibar Məmmədoğlu klip çəkdirdi

Xalq artisti Samir Cəfərovun tələbəsi Etibar Məmmədoğlu "Dönən deyil" adlı mahnıya çəkilmiş klipini təqdim edib.  

Aranjimanı Elvin Musayevə, söz və musiqisi Tural&Togrula aid olan mahnıya çəkilən ekran işinin operatoru Delee-dir. Aranjimanda istifadə edilmiş alətlər isə Türkiyədə ifa edilib. 

Qeyd edək ki, sənətçi daha iki mahnı üzərində çalışır. Bunlardan biri müasir üslubda aranjiman olunan "Məsafə", digəri İsmayıl Əliyevin "Bitdi" mahnısıdır. 

Xatırladaq ki, "Dönən deyil" layihəsinin rəhbəri tanınmış prodüser və rejissor Rəhman Əliyevdir.

Azərbaycanlı müğənniyə ağır itki - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR