Madrid metrosunda silah səsləri eşidilib.

Metbuat.az-ın məlumatına görə, təhlükə səbəbiylə sərnişinlər təxliyyə edilib. Bildirilir ki, metroda iki sərnişin arasında dava baş verib. Onlardan biri tapança ilə ətrafa atəş açıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Məlumata görə, mübahisə edən hər iki şəxs tutulub. Onların hadisə zamanı sərxoş olduğu deyilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Vladimir Putin Türkiyəyə səfərə gəlib - OXUMAQ ÜÇÜN TIKLA