Bağdadın Şimali İraq Kürd Muxtariyyəti üçün uçuş qadağası bu gün saat 18:00-dan başlayacaq.

Metbuat.az-ın məlumatına görə, bu gün səhər saatlarından Şimali İraqda çalışan türklər vətənlərinə geri dönüblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu gün qadağa saatı başlayana qədər geri dönə bilməyən türk vətəndaşlarının geri dönməsi üçün əlavə addım atılacaq: “Biz vətəndaşlarımıza dəfələrlə səyahət xəbərdarlığı etmişik. Geri dönmək istəyən vətəndaşlarımızın da gələ bilməsi üçün lazım olan addımları atmışıq. Bu saata qədər geri dönməyən, daha sonra qayıtmaq istəyən vətəndaşlarımız olarsa, xüsusi icazə ilə təyyarə göndərə bilərik, bununla bağlı problemimiz yoxdur. Qərarı vətəndaşlarımız özləri verəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ

Azərbaycan turizmi ilə bağlı təqdimat - Dünya Turizm Konfransı / FOTO - OXUMAQ ÜÇÜN TIKLA