Fransanın Marsel şəhərində baş verən bıçaqlı hücumu İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Metbuat.az-ın məlumatına görə, qatar stansiyasında baş verən silahlı hücumda iki nəfər həyatını itirib. Fransanın daxili işlər naziri Cerard Kollomb bildirib ki, istintaqı Paris Terrorla Mübarizə Prokurorluğu araşdırır: “Video qeydlərə baxanda gördük ki, hadisəni törədən şəxs birinci adamı öldürdükdən sonra hadisə yerindən qaçıb, daha sonra yenidən geri dönüb ikinci adamı da öldürüb. Bu, istintaqda əsas araşdırmalı olduğumuz məsələdir”.

Fransa mətbuatının yazdığına görə, hücumu törədən şəxs öldürülüb. Şimali Afrika mənşəli şəxs təxminən, 20 yaşlarındadır.

Günay Elşadqızı \ METBUAT.AZ

“London, İspaniyadakı hadisələrdən narahatdır” - Baş nazir - OXUMAQ ÜÇÜN TIKLA