Uzun müddətdir xəstəlikdən əziyyət çəkən və müalicə olunan İraqın keçmiş prezidenti Cəlal Təlabani 84 yaşında vəfat edib.
Metbuat.az-ın məlumatına görə, “əmi” ləqəbli Təlabaninin siyasi karyerası ABŞ-ın İraqı işğalından sonra zirvəyə çatmışdı. Eks prezidentin ölüm xəbəri ilə bağlı məlumat İraq Dövlət Televiziyasında verilib.
Qeyd edək ki, Cəlal Təlabani 2012-ci ilin sonunda beyninə qan sızması nəticəsində qismən iflic olub. Almaniyada yarım il müalicə olunduqdan sonra, 2014-cü ilin iyulunda geri dönmüşdü. Onun siyasi karyerası səhhətində yaranan problemlər səbəbindən bitmişdi.
Günay Elşadqızı \ METBUAT.AZ
Bərzaniyə daha bir zərbə - Deputatlar parlamentdən uzaqlaşdırılır - OXUMAQ ÜÇÜN TIKLA |