Kaliforniyanın şimalında dəhşətli yanğın hadisəsi baş verib.
Metbuat.az-ın məlumatına görə, Kaliforniya qubernatoru Cerri Braun bildirib ki, bölgədə fövqəladə vəziyyət elan edilib.
Yanğın Kaliforniyanın şimalında 8 bölgəyə təsir edib. Kaliforniya Meşə və Yanğından Mühafizə Təşkilatının məlumatına görə, 14 ayrı ərazidə başlayan yanğında ümumilikdə 1500 ev və iş yeri zərər görüb, minlərlə insan isə təhlükəsiz əraziyə evakuasiya edilib.
Günay Elşadqızı \ METBUAT.AZ