İspaniyanın baş naziri Mariano Rahoy, Kataloniyanın yerli rəhbərliyinin muxtariyyət hüquqlarının mərkəzi hökumətə təhvil verilməsi ilə bağlı müzakirələrin başladığını bildirib.
Metbuat.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Kataloniya böhranı ilə bağlı keçirdiyi fövqəladə iclasdan sonra Rahoy açıqlama verib: “155-ci maddənin tətbiqinə dair hökumətin atacağı addımlardan əvvəl Kataloniya yerli rəhbərliyindən müstəqillik elan edib-etməyəcəyinə aydınlıq gətirməsini istəmişik”.
İspaniyanın 1978-ci ildə qəbul etdiyi və qüvvədə olan konstitusiyasının 155-ci maddəsi, milli təhlükəsizliklə bağlı məsələdə yerli rəhbərliyin hüquqlarının mərkəzi hökumətə təhvil verilməsini nəzərdə tutur.
Bu zamana qədər tətbiq olunmayan 155-ci maddənin qüvvəyə minməsi üçün Senatda mütləq əksəriyyətin razılığı lazımdır. Ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE) və iqtidardakı sağ fikirli Xalq Partiyası (PP) 155-ci maddəyə dəstək verdiyi üçün həmin qərarın səsverməsi zamanı senatda qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Kataloniya Muxtar Vilayətinin lideri Karles Puçdemon ötən gün yerli parlamentdə müstəqillik elanının təxirə salındığını bildirib.
Günay Elşadqızı \ METBUAT.AZ