Bu gün Gülüstan müqaviləsinin imzalanmasından 204 il ötür.

Metbuat.az-ın məlumatına görə, müqavilə Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanıb. 1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə tarixi Azərbaycan ərazisi Rusiya ilə İran arasında bölünüb.

Çar Rusiyasının Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyıb, bu torpaqlara iddiasından əl çəkib. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, general P.Kotlyarevski bu hücumları dəf edib və bölgədə hərbi-siyasi üstünlük qazanıb. Bu hallar İngiltərəni bərk narahat edib və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlib.

1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanıb. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olub. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayıb. Bu sülh müqavilənin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib.

Günay Elşadqızı \ METBUAT.AZ