“Hər formada dialoq və danışıqlara hazırıq”

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani mübahisəli müstəqillik referendumundan sonra yeni açıqlama verib.

Metbuat.az-ın mlumatına görə, Bərzani hava limanları, sərhədlər və banklarla bağlı məsələni müzakirə etmək üçün Bağdadla görüşmək istədiklərini bildirib. Açıqlamada deyilir: “Biz İraqın baş naziri Heydər əl-İbadini kürd xalqına qarşı cəza tədbirlərindən uzaq olmağa çağırırıq. İraq Konstitusiyası çərçivəsində hər cür dialoq və danışıqlara hazırıq”.

Rəsmi Bağdad, Şimali İraq Kürd Muxtariyyətini 25 sentyabrda keçirdiyi mübahisəli referendumdan sonra təcrid etməyə çalışır. Kürd Muxtariyyətinin xarici uçuşlarını və bölgədəki banklara valyuta satışını qadağan edən İraq mərkəzi hökuməti Ərbildən sərhəd qapılarını təhvil verməyi də tələb edir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR