İraqın Səlahəddin şəhərindəki Tuzhurmatu qəsəbəsində Peşmərgə və Türkmən Haşdi Şəbi qüvvələri arasında qarşıdurma yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Səlahəddin şəhərinin vali köməkçisi Məhəmməd Əbdülvahid bildirib ki, silahlı qarşıdurma Tuzhurmatunun mərkəzində başlayıb. Onun sözlərinə görə, Dədəqərib məscidinin yaxınlığında yerləşdirilən bomba polis qüvvələri tərəfindən zərərsizləşdirildiyi vaxt, naməlum şəxslər atəş açıb.

Polislərə atəş açanlar hadisə yerindən uzaqlaşdıqdan sonra bölgədə gərginlik artıb. Əbdülvahid Haşdi Şabi qüvvələrinin Kürdüstan Yurtsevərlər Birliyinin (KYB) partiya mərkəzini atəşə tutduğunu iddia edərək, qarşıdurmanın davam etdiyini bildirib.

Davam edən qarşıdurmalar zamanı ölən və yaralananların sayı barədə məlumat verilməyib.

Günay Elşadqızı \ METBUAT.AZ