ABŞ prezidenti Donald Trampın İran hökuməti ilə bağlı tənqidi fikirlərinə bu ölkənin dövlət başçısı Həsən Ruhani cavab verib.
Metbuat.az-ın məlumatına görə, dövlət televiziyasına açıqlama verən Ruhani bildirib ki, Trampın ifadələrində İran xalqı üçün təhqir və nifrətdən başqa bir şey yoxdur: “Tramp, nüvə müqaviləsini birtərəfli ləğv edə bilməyəcəyini anlamır. Bu müqaviləyə bir çox ölkə birgə imza atıb. Ona görə də, Tramp bu müqaviləyə əlavə heç bir şərh, maddə əlavə edə və ya ləğv edə bilməz”
ABŞ rəhbərliyinin dəfələrlə bu cür açıqlama verdiyini deyən Ruhani qeyd edib ki, əgər mənfəətləri təmin edilməsə və imza atan digər ölkələr geri çəkilsə, İran da nüvə razılaşmasından geri çəkilə bilər.
Günay Elşadqızı \ METBUAT.AZ