Bakı. 15 oktyabr. REPORT.AZ/ Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlir.
"Report" xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən "İnterfax" məlumat yayıb.
MSK-nın məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93 % təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.
Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.