"Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək

"Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək
18:52 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək.

Milli.Az xəbər verir ki, "Rast dəstgahı" muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/590757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR