İspaniyanın paytaxtı Madriddə “Torrejon de Ardoz” hərbi bazası yaxınlığında “F-18” döyüş təyyarəsi qəzaya düşüb.
Metbuat.az-ın məlumatına görə, İspan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “F-18” döyüş təyyarəsi Madriddə havaya qalxmaq manevri edən zaman, yerli saatla 11:00-da yerə çırpılıb. Hərbi bazadan verilən açıqlamada bildirilir ki, təyyarənin pilotu həlak olub.
Təyyarənin hansı səbəbdən düşməyi hələ ki, müəyyən edilməyib. Qəza ilə bağlı istintaqa başlanılıb.
Günay Elşadqızı \ METBUAT.AZ