Şimali Koreya ABŞ münasibətləri qızışır

“Koreya yarımadasında nüvə müharibəsinin başlanması iki dodaq arasındadır”.

Metbuat.az-ın məlumatına görə, bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim In Ryonq BMT-dəki çıxışı zamanı deyib. O, bildirib ki, 1970-ci illərdən bəri Amerika Birləşmiş Ştatları tərəfindən nüvə təhdidi ilə qarşı-qarşıya qalan tək ölkə olduqlarına görə, özlərini müdafiə üçün nüvə silahına sahib olmaq hüquqları var. ABŞ-ın hər il keçirdiyi geniş miqyaslı hərbi təlimlərə diqqət çəkən nümayəndə bildirib ki, Amerikanın Şimali Koreya rejimini aradan qaldırmaq üçün gizli əməliyyat planı daha təhlükəlidir.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In bildirib ki, bu il ölkəsi nüvə proqramını başa vurub: “Artıq Şimali Koreya, atom bombası, H-bombası və qitələrarası ballistik raketlər də daxil olmaqla müxtəlif nüvə gücünə malik silahlara sahibdir. Bütün Amerika qitəsini vura biləcəyimiz gücümüz var. Əgər ABŞ müqəddəs torpaqlarımızın bir milini belə işğal etməyə cəsarət etsə, dünyanın harasında olursa-olsun, ağır cəzamızdan xilas ola bilməyəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR