Türkiyədə kömür mədənində uçqun

Türkiyənin Şırnak vilayətində kömür mədənində uçqun olub.

Metbuat.az-ın məlumatına görə, hadisə 1 nömrəli kömür ocağında qeydə alınıb. Hadisə nəticəsində 6 fəhlə dünyasını dəyişib. Xilasetmə qrupları hadisə yerində işə başlayıb. Dağıntılar altında qalanların olduğu deyilir.

İlkin məlumata görə, hadisə yerində 7 nəfər xilas edilib, 1 nəfərin də xilas edilməsi üçün işlər aparılır.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR